top of page

KOMANDAMIZ

1.png

Vüqar Məmmədov

2.png

İsmayıl Əliyev

İdarəedici Partnyor

Baş Hüquqşünas

icons8-linkedin-144.png
icons8-linkedin-144.png

Bir hüquqşünas və vergi mütəxəssisi olaraq enerji, maliyyə, bank, otel, istehlak bazarları və pərakəndə satış, istehsal kimi müxtəlif sahələrdə on yeddi ildən artıq təcrübəyə malik olan Vüqar, yerli və beynəlxalq müştərilər üçün zəruri bilik və təcrübəyə sahibdir. Vüqar Deloitte şirkətinin Azərbaycanda Hüquq Xidmətlərini qurmuş və uzun illər bu Xidmətlərə rəhbərlik etmişdir. Bundan əvvəl, Vüqar uzun müddət PwC şirkətində hüquq və vergi xidmətlərində çalışmışdır.

Vüqar biznes və ticarət əməliyyatları, bizneslərin mürəkkəb birləşmə və satınalmaları, yenidən təşkil

və konsolidasiyalar barədə məsləhətlər verir. O, əməliyyat və sövdələşmə sənədləşmələrinin
hazırlanması, danışıqların aparılması, hüquqi araşdırmalar və sövdələşmələr zamanı vergi
məsələlərinin diqqətə alınmasında peşəkar mütəxəssisdir.


O, İsveçrə və Böyük Britaniyada müxtəlif xarici məhkəmə və arbitrajlarda, həmçinin Böyük
Britaniyanın NCA (Milli Cinayət Agentliyi) təşkilatı üçün hüquq eksperti kimi fəaliyyət göstərmişdir.
Vüqar 2022-ci ilin fevral ayında Shenzhen Beynəlxalq Arbitraj Məhkəməsinin (SCIA) arbitri təyin edilib.

Vüqar PPP (dövlət özəl tərəfdaşlığı) layihələrində, eləcə də onların qeydiyyatı və idarə olunması,
hüquqi rəylərin verilməsi, korporativ araşdırmalar və s. sahələrdə geniş yerli və beynəlxalq təcrübəyə
malikdir. Əlavə olaraq, Vüqar müştərilərinə investisiyanın qorunması və təşviqi, beynəlxalq xüsusi hüquq kimi sahələrdə dəstək verir.

 

Vüqar Niderlandda yerləşən və dünyanın qabaqcıl təhsil müəssisələrindən sayılan, Erasmus University Rotterdam-da Beynəlxalq Ticarət Hüququ üzrə magistr (LL.M.) dərəcəsinə yiyələnmişdir.

İsmayıl dörd ali təhsil dərəcəsinə yiyələnmişdir. Buraya Bakı Dövlət Universitetinin Hüquq üzrə
bakalavr, Siti Universiteti Londonda hüquq üzrə bakalavr, London İqtisadiyyat və Siyasi Elmlər
Məktəbində Menecment və Hüquq üzrə bakalavr və London Kral Kollecində Beynəlxalq Biznes
Hüququ ixtisası üzrə magistr dərəcələri daxildir.


İsmayıl Böyük Britaniyanın London şəhərində yerləşən F&T Services Limited və Imran Khan and Partners hüquq firmalarında peşəkar təcrübə qazanıb. Bundan əlavə, İsmayıl BMT-nin Miqrasiya
Agentliyində miqrasiya hüququ üzrə hüquqşünaslıq etmişdir.


İsmayıl tikinti, daşınmaz əmlak, ərzaq, içki, nəqliyyat, əczaçılıq, aviasiya, otel sənayesi sahəsində və investisiya üzrə şirkətlərə maliyyə, korporativ, müqavilə, investisiya, əmək, əqli mülkiyyət, istehlakçıların hüquqları, ticarət, gəmiçilik və digər istiqamətlər üzrə hüquqi məsələlərdə konsultasiya prosesində iştirak edir.


Bütün növ kommersiya, korporativ və digər müqavilələrin hazırlanması və yoxlanılması
fəaliyyətindən başqa, İsmayıl, məhkəmə işlərinin məhkəməyəqədərki mərhələdə hazırlanması işində böyük təcrübəyə yiyələnmiş, müştəriləri yuxarıda göstərilən bütün sahələr üzrə məhkəməyəqədərki mərhələlərdə təmsil etmişdir.

3.png

Vüsalə Babayeva-Nəzirli

Baş Hüquqşünas

icons8-linkedin-144.png
4.png

Aysel Məhərrəmova

Vəkil

icons8-linkedin-144.png

Vüsalə bank və maliyyə, investisiya şirkətləri, qiymətli kağızlar, korporativ və kommersiya hüququ,beynəlxalq xüsusi hüquq, müqavilələr hüququ və digər sahələr üzrə ixtisaslaşmış yüksək peşəkar hüquq məsləhətçisidir. Vüsalə müştərilərə hüquqi və qanuni uyğunluq, müştəri bazarları, Əmtəə Nişanları və anti-inhisar hüququ, ticarət hüququ, beynəlxalq münaqişə hüququ, sığorta qanunvericiliyi, müqavilələr, korporativ hüquq və digər sahələrdə dəstək göstərir. Vüsalə tikinti şirkətləri və bank olmayan kredit təşkilatları üçün müxtəlif lisenziya və icazələrin alınması ilə məşğuldur.


Vüsalə öz peşəkar hüquqşünas karyerasına Molbulak Bank olmayan Maliyyə Təşkilatında
hüquqşünas olaraq başlamışdır. Bundan əlavə, Vüsalə Azərbaycan Milli Elmlər Akademiyasında
İnsan Resursları mütəxəssisi kimi çalışmışdır.


Vüsalə müştərilərə müxtəlif yerli və beynəlxalq müqavilələrin, o cümlədən, xidmət, əmək,
distribütor, françayzinq və sairə müqavilələrin hazırlanmasında, nəzərdən keçirilməsində və
danışıqların aparılmasında köməklik edir. Vüsalə hüquqi və vergi auditi layihələrində də geniş iştirak edir.


Vüsalə Böyük Britaniyanın NCA-in (Milli Cinayət Agentliyi) dəvəti ilə Böyük Britaniyanın
məhkəmələrində hüquqi ekspert kimi fəaliyyət göstərib.


Vüsalə iki ali təhsil dərəcəsinə yiyələnmişdir. Buraya Bakı Dövlət Universitetinin Hüquq üzrə bakalavr (LL.B.) və Beynəlxalq Hüquq üzrə magistr (LL.M.) dərəcələri daxildir. O, Azərbaycan, rus, ingilis və türk dillərini sərbəst bilir.

Aysel yüksək ixtisaslı hüquqşünas və 2018-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının
üzvüdür.


O, kommersiya və daşınmaz əmlak mübahisələrində böyük təcrübəyə və biliyə malikdir. Ayselin ixtisaslaşdığı əsas sahələrə məhkəmə prosesləri, daşınmaz əmlak, investisiyaların qorunması, xarici məhkəmə və beynəlxalq arbitraj qərarlarının tanınması, qiymətli kağızlar, dağ-mədən istehsalatı aiddir.


Aysel, Belçika, Türkiyə və İngiltərədə bir çox hüquqi konfrans və kurslarda iştirak etmişdir.


Aysel iki ali təhsil dərəcəsinə yiyələnmişdir. Buraya Bakı Dövlət Universitetinin Hüquq üzrə bakalavr və Kommersiya hüququ üzrə magistr dərəcələri daxildir. Həmçinin, Aysel Belçika, Türkiyə və Böyük Britaniyada təşkil olunmuş bir sıra hüquq kurslarında da iştirak etmişdir.

5.png

Sevda Rəhimli

Baş Vergi Mütəxəssisi

6.png

Cəmilə Əlizadə

Vergi Mütəxəssisi

icons8-linkedin-144.png

Sevda VLM-də Vergilər Departamentinin rəhbəridir. Sevdanın təcrübə dairəsinə vergi
qanunvericiliyinə riayət, mühasibatlıq və uçot xidmətləri, əmək haqqı hesablanması, hesabatların verilməsi, biznesdə bütün maliyyə və mühasibatlıq proseslərinin nəzarətinin təşkili və həmçinin, müəssisələrə vergi yoxlamalarında dəstək daxildir. O, gömrük sahəsində, o cümlədən gömrük bəyannamələrinin hazırlanması və gömrük məsələlərində məsləhətlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.


Sevda öz vergi və mühasibatlıq karyerasını beynəlxalq konsaltinq şirkəti olan Deloitte Azərbaycanda müştərilərə vergi qanunvericiliyinə nəzarət və mühasibatlıq xidmətləri verməklə başlamışdır. Daha sonra Sevda Engin LTD və Ceylan kimi Azərbaycanın ən böyük distribusiya şirkətlərində maliyyə, vergi və mühasibatlıq sahəsində böyük təcrübə qazanmışdır.


Sevda iki ali təhsil dərəcəsinə yiyələnmişdir. Buraya Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə üzrə bakalavr və Qafqaz Universitetinin Maliyyə Menecmenti üzrə magistr dərəcələri daxildir.

icons8-linkedin-144.png

Cəmilə VLM-də Vergi Departamentinin çalışqan komanda üzvüdür. O, əmək haqqı/ödəniş sistemləri və məzuniyyətlərin hesablanması, ikili mühasibat uçotu, bank ödənişləri, aylıq/rüblük hesabatların (ƏDV, ÖMV, VB və s.) hazırlanmasında köməklik göstərir. Bundan əlavə, o, vergilərin hazırlanması xidmətlərinin koordinasiyasında komandaya kömək edir və vergi planlaması müzakirələrində iştirak edir.

Cəmilə ACCA - Maliyyə Mühasibatlığı (FA) Sertifikatı, ACCA -Maliyyə Hesabatı (FR) Sertifikatı, Yale Universitetindən Maliyyə Bazarları Sertifikatı və s. daxil olmaqla, beynəlxalq miqyasda tanınmış
şirkətlər və universitetlərdən yüksək reytinqli təcrübələr və sertifikatlar əldə etmişdir.


Cəmilə İqtisad Universitetində (UNEC) Maliyyə üzrə magistr (MBA) dərəcəsinə yiyələnmişdir.

7.png

Selcan Ağasərkari

Hüquqşünas

8.png

Selin Məmmədova

Hüquqşünas

icons8-linkedin-144.png

 Selcan beynəlxalq və yerli şirkətlərə, həm də fiziki şəxslərə hüquqi məsləhət xidməti vermək
sahəsində xüsusi təcrübəyə malikdir. VLM-ə qoşulmazdan əvvəl, Selcan dünyanın tanınmış hüquq firmalarından olan Roedl &Partners şirkətinin Bakı filialında, Türkiyənin İstanbul şəhərində yerləşən Özgun & Partners hüquq şirkətində, habelə İtaliyanın Milan şəhərində yerləşən Eptalex – Garzia Gasperi & Partners hüquq firmasında çalışmışdır.

Onun təcrübəsi korporativ və kommersiya məsələlərini, əməliyyat sənədlərinin və hüquqi yoxlama hesabatlarının hazırlanmasını, birgə müəssisələrin yaradılmasını, hüquqi şəxslərin
beynəlmiləlləşməsi proseslərini, korporativ araşdırmaların təşkilini və s. əhatə edir. Alternativ enerji, istehsalat, daşınmaz əmlak & tikinti, investisiyalar, dövlət - özəl tərəfdaşlığı və s. sahələrdə həm milli, həm də beynəlxalq müəssisələrə hüquqi məsləhət vermişdir.


Selcan, İtaliyanın Roma şəhərində yerləşən Sapienza Universitetində Müqayisəli və Avropa Xüsusi Hüquqları üzrə magistratura (LL.M.) təhsilini fərqlənmə dərəcəsi ilə başa vurmuşdur. O, eyni zamanda Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin bakalavr dərəcəsi üzrə diplomuna sahibdir. O, bir neçə dildə, o cümlədən ingilis, rus, Azərbaycan, türk və italyan dillərində sərbəst danışır.

icons8-linkedin-144.png

Selin VLM Komandasının ən gənc və perspektivli üzvüdür. VLM-ə qoşulmazdan əvvəl, o, ölkənin
aparıcı banklarından biri olan YapıKredi Bank Azərbaycanda, həmçinin uğurlu yerli konsaltinq
şirkətində hüquqi təcrübəyə yiyələnmişdir.


O, əqli mülkiyyət, kommersiya müqavilələri, korporativ, nəqliyyat, əmək və s. kimi sahələrdə
təcrübəyə malikdir. Selin şirkətin marketinq və tanıtım işləri ilə də məşğul olur.


Selin həmçinin könüllü hüquqi fəaliyyətlə məşğuldur, belə ki, ELSA Azərbaycanda (Avropa
Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı İctimai Birliyi) Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri
üzrə Vitse-Prezident və ELSA Beynəlxalqda (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) John H.Jackson Məhkəmə Müsabiqəsinin Komandalar üzrə məsul şəxs vəzifələrini icra edir.


Selin Bakı Dövlət Universitetinin Hüquq üzrə bakalavr (LL.B.) dərəcəsinə yiyələnmişdir. O, Azərbaycan dili ilə yanaşı rus, ingilis, alman və türk dillərində sərbəst danışır.

9.png

Sara Ağamalıyeva

Hüquqşünas

icons8-linkedin-144.png
10.png

Rəşad Məhəmmədzadə

Hüquqşünas

icons8-linkedin-144.png

Sara hüquqi şəxslərin qeydiyyatı və ləğvi, əqli mülkiyyət, kommersiya müqavilələri, françayzinq
müqavilələri, danışıqların aparılması, mübahisələrin həlli və digər bu kimi sahələrdə geniş iş təcrübəsinə malikdir.


VLM komandasına qoşulmazdan öncə, Sara Global Food Company MMC-də (KFC və Pizza Hut
restoranlarının rəsmi françayzi) hüquqşünas, eləcə də, Ədliyyə Nazirliyinin nəzdində, Ədliyyə

Akademiyası və Avropa Birliyinin birgə layihəsi olan Hüquq Klinikasında könüllü hüquqşünas
vəzifələrini icra edib.


Sara Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyasının "Patentin Əsasları kursu" və "Professional Patent" kimi bir sıra beynəlxalq kursların sertifikatlarına sahibdir. O, həmçinin Willem C. Vis Beynəlxalq Arbitraj Yarışması və Avropa İnsan Hüquqları Məhkəməsinin Simulyasiyası kimi müxtəlif yerli və xarici məhkəmə müsabiqələrində iştirak etmişdir.


Sara Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr dərəcəsi almışdır və hal-hazırda Bakı Dövlət Universitetində Əqli Mülkiyyət Hüququ üzrə magistratura tələbəsidir. O, bir neçə dildə, o cümlədən Azərbaycan, ingilis, rus, fransız və türk dillərində sərbəst danışır.

Rəşad VLM-də Hüquq Departamentinin komanda üzvüdür. Onun korporativ, kommersiya, əqli mülkiyyət, məhkəmə çəkişmələri və mübahisələr kimi sahələrdə təcrübəsi var.


Rəşadın VLM-ə qoşulmazdan əvvəl “Sumqayıt Texnologiyalar Parkı” MMC-də hüquqi təcrübəsi olub. O, həmçinin könüllü fəaliyyətlərlə də məşğul olub, belə ki, ELSA Azərbaycanda (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı İctimai Birliyi) Akademik Fəaliyyətlər üzrə Vitse-Prezident və ELSA Beynəlxalqda (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) Hüquq Jurnalı üzrə məsul şəxs vəzifələrini icra edib.


Rəşad Bakı Dövlət Universitetinin Hüquq üzrə bakalavr (LL.B.) dərəcəsinə malikdir. O, Azərbaycan, ingilis və türk dillərini mükəmməl səviyyədə bilir.

bottom of page