

VLM AND PARTNERS (VLM)
2018-ci ildə təsis edilmiş VLM AND PARTNERS (“VLM”) hüququn müxtəlif sahələrində peşəkarlaşmış hüquq firmasıdır. VLM özündə uzun illər beynəlxalq və yerli müəssisələrlə çalışmış hüquqşünasların təcrübəsini ehtiva edir. Biz sadəlik və mükəmməlliyi qoruyuruq.
Bizim niyyətimiz qabaqcıl beynəlxalq hüquq şirkətlərinn rəhbər tutduğu yüksək standartlara, keyfiyyət prinsiplərinə və etik qaydalara dayanan peşəkar fəaliyyət göstərməkdir.
VLM biznesin yenidən təşkili və islahatlar, korporativ hüquq, müqavilələr, ticarət, məhkəmə prosesləri, bank və maliyyə, layihələrin maliyyələşdirilməsi, dövlət-özəl sektor əməkdaşlığı (Public Private Partnership), enerji, vergi və məşğulluq məsələləri sahəsində ixtisaslaşmış peşəkar şirkətdir. VLM-in hüquqşünasları geniş çeşidli biznes sahələrində (enerji və təbii ehtiyatlar, kapital bazarı, texnologiya, istehsalat, inşaat, pərakəndə ticarət, əczaçılıq və s.) fəaliyyət göstərən qabaqcıl yerli və beynəlxalq şirkətlərə yüksək profilli məsələlər və çoxsaylı mürəkkəb sövdələşmələrlə bağlı uğurlu məsləhət xidmətləri göstərir.
Bizim hüquqşünaslarımız və məsləhətçilərimiz dünya miqyasında tanınmış aparıcı universitetlərin məzunlarıdır – onlar öz işlərini beynəlxalq məsləhət müəssisələrindəki fəaliyyətinə və xarici təcrübədən irəli gələn dərin bilik və təcrübələrə əsaslanaraq həyata keçirirlər.