Vüqar Məmmədov

Vüqar Məmmədov VLM-in İdarəedici Partnyorudur.
Bir hüquqşünas və vergi mütəxəssisi olaraq enerji, maliyyə, otel, istehlak bazarları və pərakəndə satış, istehsal kimi müxtəlif sahələrdə on beş ildən artıq təcrübəyə malik olan Vüqar yerli və beynəlxalq müştərilər üçün zəruri bilik və təcrübəyə sahibdir. Vüqar o cümlədən, Deloitte şirkətinin Azərbaycanda Hüquq Xidmətlərini qurmuş və uzun illər bu Xidmətlərə rəhbərlik etmişdir. Bundan əvvəl, Vüqar uzun illər PwC şirkətində hüquq və vergi xidmətlərində çalışmışdir.
Vüqar biznes və ticarət əməliyyatları, bizneslərin mürəkkəb birləşmə və qoşulmaları, yenidən təşkil və konsolidasiyalar barədə məsləhətlər verir. O, əməliyyat və sövdələşmə sənədləşmələrinin hazırlanması, danışıqların aparılması, hüquqi araşdırmalar və sövdələşmələr zamanı vergi məsələlərinin diqqətə alınmasında peşəkar mütəxəssisdir.
Vüqar, həmçinin PPP (dövlət özəl tərəfdaşlığı) layihələrində, bu layihələrin qeydiyyatı və idarə olunması ilə əlaqəli bütün məsələlərdə geniş yerli və beynəlxalq təcrübəyə malikdir.
Əlavə olaraq, Vüqar müştərilərinə investisiyanın qorunması, beynəlxalq xüsusi hüquq və digər sahələrdə dəstək verir.
Vüqar Niderlandda yerləşən və dünyanın qabaqcıl təhsil müəssisələrindən sayılan, Erasmus University Rotterdam-da Beynəlxalq Ticarət Hüququ üzrə magistr (LL.M) dərəcəsinə yiyələnmişdir.
Vüqarın LinkedIn ünvanı: https://www.linkedin.com/in/vugar-mammadov-19b52316

Sevda Rəhimli

Sevda Rəhimli VLM-də baş vergi mütəxəssisidir.
Sevda öz vergi və mühasibatlıq karyerasını beynəlxalq konsaltinq şirkəti olan Deloitte Azərbaycanda müştərilərə vergi qanunvericiliyinə nəzarət və mühasibatlıq xidmətləri verməklə başlamışdır. Daha sonra Sevda Engin LTD və Ceylan kimi Azərbaycanın ən böyük distribusiya şirkətlərində maliyyə, vergi və mühasibatlıq sahəsində böyük təcrübə qazanmışdır.
Sevdanın təcrübə dairəsinə vergiqoyma, mühasibatlıq və uçot xidmətləri, əmək haqqı hesablanması, hesabatların verilməsi, biznesdə bütün mühasibatlıq və maliyyə proseslərinin nəzarət və idarə edilməsi və müəssisələrə vergi yoxlamalarında dəstək daxildir.
Sevda iki ali təhsil dərəcəsinə yiyələnmişdir. Buraya Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə üzrə bakalavr və Qafqaz Üniversitetinin Maliyyə Menecmenti üzrə magistr dərəcələri daxildir.
Sevdanın LinkedIn ünvanı: https://www.linkedin.com/in/sevda-rahimli-a43b18138
İsmayıl Əliyev

İsmayıl Əliyev, VLM şirkətində hüquqşünasdır. İsmayıl dörd ali təhsil dərəcəsinə yiyələnmişdir. Buraya Bakı Dövlət Universitetinin Hüquq üzrə bakalavr, Siti Universiteti Londonda hüquq üzrə bakalavr, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Menecment və Hüquq üzrə bakalavr və nəhayət London Kral Kollecində Beynəlxalq Biznes Hüququ ixtisası üzrə magistr dərəcələri daxildir.
İsmayıl öz peşəkar hüquqşünas karyerasına Londonda fəaliyyət göstərən F&T Services Limited və Imran Khan and Partners hüquq şirkətlərində başlamışdır. Bundan əlavə, İsmayıl BMT-nin Miqrasiya Agentliyində miqrasiya hüququ üzrə hüquqşünaslıq eləmişdir. İsmayılın ixtisaslaşdığı sahələrə maliyyə, biznes hüququ, ticarət və gəmiçilik hüququ, miqrasiya məsələləri və müqavilələr hüququ aiddir.
Ismayıl tikinti, daşınmaz əmlak, ərzaq, içki, nəqliyyat, əczaçılıq, aviasiya, pərakəndə satış, otel sənayesi sahəsində və investisiya üzrə əsas şirkətlərə maliyyə, korporativ, müqavilə, investisiya, əmək, əqli mülkiyyət, istehlakçıların hüquqları, ticarət, gəmiçilik və digər istiqamətlər üzrə hüquqi məsələlərdə konsultasiya prosesində iştirak edir.
Bütün növ kommersiya, korporativ və digər müqavilələrin hazırlanması və yoxlanılması fəaliyyətindən başqa, İsmayıl, məhkəmə işlərinin məhkəməyəqədərki mərhələdə hazırlanması işində böyük təcrübəyə yiyələnmiş, müştəriləri yuxarıda göstərilən bütün sahələr üzrə məhkəməyəqədərki mərhələlərdə təmsil etmişdir.
İsmayılın LinkedIn ünvanı: https://www.linkedin.com/in/ismayil-aliyev-63797665/
Vüsalə Babayeva

Vüsalə Babayeva, VLM şirkətində hüquqşünasdır.
Vüsalə iki ali təhsil dərəcəsinə yiyələnmişdir. Buraya Bakı Dövlət Universitetinin Hüquq üzrə bakalavr və Beynəlxalq hüquq üzrə magistr dərəcələri daxildir.
Vüsalə bank və maliyyə, investisiya şirkətləri, qiymətli kağızlar, korporati və kommersiya hüququ, beynəlxalq xüsusi hüquq, müqavilələr hüququ və digər sahələrdə müştərilərə dəstək göstərir.
Vüsalə öz peşəkar hüquqşünas karyerasına M Bulak bank olmayan kredit təşkilatında hüquqşünas olaraq başlamışdır. Bundan əlavə, Vüsalə Azərbaycan Milli Elmlər Akademiyasında İnsan Resursları mütəxəssisi kimi çalışmışdır.
Vusalə müştərilərə müxtəlif yerli və beynəlzalq müqavilələrin, o cümlədən, xidmət, əmək, distribütorluq, françayzinq və sairə müqavilələrin hazırlanmasında, nəzərdən keçirilməsində və danışıqların aparılmasında köməklik edir.
Vusalə, hüquqi və İnsan Resursları audit layihələrində də geniş iştirak edir.
Vüsalənin LinkedIn ünvanı: www.linkedin.com/in/vusale-babayeva-29162a202
Aysel Məhərrəmova
Aysel Məhərrəmova VLM-də vəkil kimi fəaliyyət göstərməkdədir.
Aysel 2018-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O, kommersiya və daşınmaz əmlak mübahisələrində böyük təcrübəyə və biliyə malikdir. Ayselin ixtisaslaşdığı əsas sahələrə məhkəmə prosesləri, daşınmaz əmlak, investisiyaların qorunması, xarici məhkəmə və beynəlxalq arbitraj qərarlarının tanınması, qiymətli kağızlar, dağ-mədən istehsalatı aiddir.
Aysel iki ali təhsil dərəcəsinə yiyələnmişdir. Buraya Bakı Dövlət Universitetinin Hüquq üzrə bakalavr və Kommersiya hüququ üzrə magistr dərəcələri daxildir. Həmçinin, Aysel Belçika, Türkiyə və Böyük Britaniyada təşkil olunmuş bir sıra hüquq kurslarındada iştirak etmişdir.
Ayselin LinkedIn ünvanı: https://www.linkedin.com/in/aysel-maharramova-6b66a557