XİDMƏTLƏR
Mürəkkəb daxili və xarici siyasət və tələblər, həmçinin tez-tez qanunvericilik dəyişiklikləri biznesin aparılmasını daha da çətinləşdirir. VLM-in peşəkar hüquqşünasları vergi və məsləhət sahəsində çalışan həmkarları ilə birlikdə müştərilərin fərdi tələbatlarını və vəziyyətlərini nəzərə alaraq onlara əsaslı məsləhətlər verirlər. Aşağıda hüquqi xidmətlərimizin qısa təsviri verilmişdir:

Müqavilələr
Biz müştərilərimizin gözləntilərini doğrultmaq üçün müqavilə sahəsində tam çeşidli hüquqi xidmətlər
göstərməyə çalışırıq. Buraya, hər şeydən əlavə, danışıqların aparılması prosesində dəstəyin göstərilməsi,
eləcə də müqavilələrdən irəli gələn mübahisələrin həll edilməsi üçün hüquqi yardım daxildir.
Bizim heyətimiz Sizə:
-
Niyyət Məktubları və Əməkdaşlıq Memorandumları;
-
Tərəfdaşlıq və Əməkdaşlıq sazişləri;
-
Distributor və Françayzinq müqavilələri;
-
Borc və Girov müqavilələri;
-
Müxtəlif növ Neft və Qaz xidmətləri müqavilələri;
-
İdarəetmə müqavilələri;
-
Tikinti və Texniki xidmət müqavilələri;
-
Məxfilik və Məxfi məlumatların açıqlanmaması haqqında müqavilələri;
-
Brokerlik və Agentlik müqavilələri;
-
Alqı-satqı və İcarə müqavilələri;
-
Xidmət və Əmək müqavilələri və bir çox digər müqavilə və sənədlərlə əlaqədar danışıqların aparılması, tərtib olunması və nəzərdən keçirilməsində köməklik göstərəcək.
Biz, bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərin pozulması ilə əlaqədar məsələlərdə öz
müştərilərimizi təmsil edir və onların mənafeyini müdafiə edirik.
Korporativ hüquq
Biz müştərilərimizə korporativ hüquq bütün aspektləri ilə əlaqədar xidmətlər göstəririk. Bu
xidmətlərə, məhdudiyyətsiz olaraq, (i) hər hansı hüquqi formada, o cümlədən məhdud məsuliyyətli və
səhmdar cəmiyyət formasında müəssisələrin təsis edilməsi, xarici hüquqi şəxslərin filial və
nümayəndəliklərinin Azərbaycan Respublikasında qeydiyyatı; (ii) müxtəlif yurisdiksiyalarda birgə
müəssisələrin yaradılması; (iii) korporativ dəyişikliklərin qeydiyyatı (məsələn, səhmdarın dəyişməsi); (iv)
ləğvetmə xidmətləri daxildir.
Biz məhdud məsuliyyətli və səhmdar cəmiyyətlərdə direktorlar şurasının və ya səhmdarların
yığıncaqlarını hazırlaya və keçirə bilərik. Heyətimiz korporativ katib qismində çıxış edə bilər.
Biz mütəmadi olaraq mürəkkəb yerli və xarici korporativ sövdələşmələrlə məşğul oluruq. Xarici hüquq
şirkətləri ilə sıx əməkdaşlığımız sayəsində biz xarici yurisdiksiyalar sahəsində bilik və bacarıqlar tələb
edən layihələri uğurla həyata keçirə bilirik.
VLM korporativ idarəetmə və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məsələlərinin həlli ilə də
məşğul olur. Biz Sizin biznesinizə uyğun şəkildə korporativ idarəetmə və qanunvericiliyin tələblərinin
yerinə yetirilməsi məsələlərinin idarə olunmasına dair materiallar tərtib edə bilərik.
Biz daha effektiv nəticələr əldə etmək üçün gələcəkdə baş verə biləcək hüquqi hadisələri və müvafiq
yurisdiksiya seçimini də nəzərə alaraq, Birləşmiş Ərəb Əmirliklərindən Avropa yurisdiksiyasına qədər bir
çox ölkədə korporativ planlaşdırma həyata keçiririk.
Fəaliyyət sahəsindən asılı olmayaraq hər bir biznes, digər məsələlərlə yanaşı, vergi səmərəliliyini təmin
etmək və hüquqi məsuliyyətini məhdudlaşdırmaq üçün beynəlxalq strukturlaşdırmadan faydalana bilər.
Bu sahədəki təcrübəmiz, xüsusi məqsədlərinizə və ehtiyaclarınıza əsaslanaraq biznesiniz üçün uyğun
korporativ strukturu müəyyən etməyə kömək edə bilər. Bu zaman nəzərə alınan amillərə aşağıdakılar da
daxildir:
-
Vergi strukturları;
-
Kiçik və orta sahibkarlığın həyata keçirilməsi;
-
Mənfəətin bölüşdürülməsi;
-
İnvestisiya seçimləri;
-
Hüquqi şəxslərdə varisliyin planlaşdırılması.
Birləşmə və Satınalmalar
VLM-in hüquqşünasları öz müştərilərinə tam çeşidli biznes məsələləri, o cümlədən, birləşmələr və
satınalmalar, birgə müəssisələr, borc və maliyyə bazarı, idarəetmə və korporativ məsləhət məsələləri ilə
əlaqədar məsləhətlər verirlər.
Bir sıra layihədə əhəmiyyətli iştirak etməklə, biz mürəkkəb yerli, xarici və çox yurisdiksiyalı
sövdələşmələrlə əlaqədar biznes yönümlü hüquqi məsləhət vermək üçün yetərincə təcrübəliyik. Biz
alıcıların, satıcıların, maliyyə məsləhətçilərinin və səhmdarların təmsil olunması sahəsində böyük
təcrübəyə malikik.
VLM-in xidmətlərinə (i) hədəfdə olan müəssisələrin bütün aspektlər üzrə yoxlanılması; (ii) antiinhisar və
digər tənzimləyici məsələlərlə əlaqədar məsləhətlərin verilməsi; (iii) sövdələşmə sənədlərinin tərtib
olunması, nəzərdən keçirilməsi və onlarla əlaqədar danışıqlar aparılması; (iv) müqavilələrin
bağlanmasından sonrakı məsələlərə dair yardım; (v) defolt zamanı hüquqi yardım xidmətləri daxildir.
Biznesin yenidən təşkili
Bizneslər müvafiq vergi səmərəliliyini təmin etmək və insan resursları ilə əlaqədar riskləri minimuma
endirmək üçün effektiv vasitələrin təmin edildiyinə əmin olmaq üçün öz korporativ strukturunu vaxtaşırı
nəzərdən keçirirlər. Fəaliyyətin effektivliyinə və şəffaflığına, eləcə də əməliyyat sinerjisinə və xərclərə
qənaət edilməsinə nail olmaq üçün strukturun və biznesin əlverişliliyi həmişə mühüm əhəmiyyət kəsb edir.
Effektiv və qənaətli hüquqi və vergi strukturlarının və biznes fəaliyyəti modellərinin tərtib olunması və
icrası sahəsində bizim bilik və təcrübələrimiz daim öz bəhrəsini verir.
Bizim heyətimiz Sizə və biznesinizə geniş çeşidli xidmətlər, o cümlədən (i) biznesin ötürülməsi; (ii)
birləşmədən sonrakı inteqrasiya; (iii) qruplaşma və əksi; (iv) təchizat zəncirinin ötürülməsi; (v)
müəssisənin səmərəliləşdirilməsi və (vi) ümumi korporativ strukturlaşma sahəsində xidmətlər göstərirlər.
Bazar qiyməti
Hüquqi xidmətlərdən əlavə, bizim heyətimiz Sizin şirkətinizin yenidən təşkilinin həyata keçirilməsi üçün
tələb olunan transfer qiymətinin hesablanması və qiymətləndirmə xidmətləri təqdim edə bilər.
Korporativ Araşdırmalar
Korporativ araşdırmalar xidmətimiz kommersiya və icrası icbari olan tələblərdən tutmuş, müəssisə və
səhmdar(lar)ın mənafelərinin qorunmasına qədər korporativ, vergi, valyuta, bank, maliyyə və digər
əlaqəli qanunlar və daxili tənzimləmələrin bütün aspektlərini əhatə edir.
Biz bu günə qədər korporativ müştərilərə və təşkilatlara işgüzar nüfuzla bağlı bir sıra mühüm və həssas
işlərin icrasında dəstək göstərmiş, Azərbaycanda bir sıra mürəkkəb və genişmiqyaslı və bəzən də
beynəlxalq elementlərə malik təhqiqatlarda müştərilərimizi hüquqi məsləhətlə təmin etmişik.
Araşdırmalar zamanı müəssisə daxilində rüşvət, korrupsiya, çirkli pulların yuyulması, dələduzluq,
mənimsəmə və s. kimi inzibati və cinayət pozuntuları da daxil olmaqla, qanun pozuntularının
araşdırılması və təhqiqatına diqqət edirik.
Təhqiqatlar zamanı biz strateji və taktiki yanaşmanı öz təcrübəmiz ilə birləşdiririk - komandamız, bank
əməliyyatlarının həyata keçirilməsindən, üçüncü şəxslərin fakturalarının və vergilərin ödənilməsindən,
sənədlərin imzalanmasından başlayaraq, şəxsi xərclər haqqında hesabatlara qədər, sizin işçilərin gündəlik
əməliyyatları yerinə yetirərkən tələblərə nə dərəcədə əməl etdiyini effektiv araşdıra bilər.
Sektorunuzdakı normativ tələblərdən xəbərdar olmağınız üçün komandamız sizinlə sıx əməkdaşlıq
edəcəkdir.
Buraya işçilərin tənzimləyici riskləri tam başa düşməsini və bu çərçivədə qərarlar qəbul etmələrini təmin
etmək daxil ola bilər.
Layihələrin maliyyəşdirilməsi
Bizim komandamız beynəlxalq maliyyə təşkilatlarından və xarici banklardan tutmuş yerli şirkətlərədək
maliyyə xidmətlərinin göstərilməsi sahəsində geniş miqyaslı təcrübəyə malikdir. Bizim heyət üzvlərimiz
Azərbaycanda icra edilən ən böyük maliyyələşdirmə layihələrinə cəlb olunublar.
VLM bu cür layihələrin icrasında yerli məsləhətçi qismində çıxış etmək üçün tələb olunan hər cür zəruri
bilik və təcrübəyə malikdir. Bu əməliyyatlarda bizim göstərdiyimiz xidmətlər:
-
Sənədlərin nəzərdən keçirilməsi və şərh olunması;
-
Sənədlərin və razılaşmaların Azərbaycan qanunvericiliyinə uyğunluğuna dair müvafiq hüquqi rəyin
verilməsi;
-
Azərbaycan qanunvericiliyinə uyğun olaraq, bu növ sövdələşmələr üçün müvafiq hüquqi yardımın
göstərilməsi;
-
Müvafiq korporativ təsdiq sənədlərinin nəzərdən keçirilməsi, ilkin şərtlərin toplanması və
təsdiqlənməsi;
-
Koordinasiya; zəruri hallarda, hər hansı tərcümə işlərinin icrası.
VLM istər borc kapitalı, istərsə də nizamnamə kapitalı bazarlarında Sizin fəaliyyətinizə kömək etmək
üçün zəruri olan dərin təcrübə və vizyona malikdir. Biz istər emitentlərə, istərsə də onların
məsləhətçilərinə səhmlərin ilkin yerləşdirilməsində və təkrar buraxılışında fəal və effektiv xidmət göstərə
bilərik.
Bizim borc kapitalı bazarları üzrə ixtisaslaşmış heyətimiz geniş çeşidli kapital bazarı məhsulları ilə
əlaqədar müştərilərə istər sövdələşmə, istərsə də tənzimləyici məsləhətlər verirlər. Müəssisəmiz
Azərbaycan bazarında buraxılan istiqrazların emissiyası və geri çağırılması sahəsində böyük təcrübəyə
malikdir.
Enerji, Neft və Qaz hüququ
VLM enerji, neft və qaz sənayesində fəaliyyət göstərən birgə müəssisələrin, tərəfdaşlıqların və Dövlət-
Özəl Sektor Əməkdaşlığının yaradılması sahəsində, eləcə də innovativ hüquqi məsləhət xidmətlərinin
göstərilməsində böyük təcrübəyə malikdir. Bizim mütəxəssislərimiz Sizə enerji və təbii ehtiyatlar
sektorunun, xüsusilə də bərpa olunan enerji, neft və qaz, Hasilatın Pay Bölgüsü və digər sazişlər, elektrik
enerjisi sahəsində məsləhətlər verə bilər. Müəssisəmizin bu sahədə də zəngin təcrübəsi var.
VLM Sizin bazar və hüquqi yeniliklərlə ayaqlaşmağınıza kömək edəcək, Sizin yeni bazarlara daxil
olmağınıza, öz mənafeyinizi müdafiə etməyinizə, riskləri idarə etməyinizə və biznesinizi
gücləndirməyinizə yardımçı olacaq.
Biz bu sahədə çalışan çoxsaylı müəssisələrə, o cümlədən aparıcı enerji, neft və qaz müəssisələrinə, kiçik
enerji şirkətlərinə, inkişaf banklarına, podratçılara və hökumət orqanlarına bu sektordan irəli gələn geniş
çeşidli məsələlərlə əlaqədar məsləhət xidmətləri göstəririk.
Bizim fəaliyyətimiz neft, qaz və bərpa olunan enerji sektorunun yuxarı, orta və aşağı əməliyyatlar üçün
mürəkkəb hüquqi, maliyyə və kommersiya məsələlərini ehtiva edir.
Əmək və miqrasiya
VLM öz müştərilərinə insan resursları və əmək hüququ sahəsində geniş çeşidli autsorsinq məsləhət
imkanları vəd edir. Xidmətlərimiz məhdudiyyətsiz olaraq, (i) İnsan Resursları proseslərinin təşkili, (ii)
əmək müqavilələrinin hazırlanması və qeydiyyatı, (iii) əmək müqavilələrinə əlavə və dəyişikliklərin
hazırlanması və qeydiyyatı, eləcə də onların ləğv olunması; (iv) əmək hüququ məsələlərinə dair
məsləhətləşmələr; (v) əmək yoxlamaları zamanı müəssisələrə dəstək və (vi) işçi ilə əlaqədar
mübahisələrin həlli üzrə xidmətləri ehtiva edir.
VLM-in mütəxəssisləri işçi qüvvələrinin strukturlaşdırılması məsələlərinin (beynəlxalq təcrübə keçilməsi,
ikili əmək yeri və s.) icrasında öz hüquqi dəstəyini təklif edir və müştərilərdə insan resursları və əmək
qanunvericiliyinə əməl olunmanın ətraflı təhlilini aparırlar. Hüquqşünaslarımız bir neçə yerli və xarici
şirkətlərə işçilərin ixtisarı məsələlərində dəstək göstərmişdir.
Biz Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olacaq əcnəbilərin iş və yaşayış icazəsi əldə etməsi üçün Sizə
hüquqi həllər təklif edirik.
Mübahisələrin həlli
Güclü hüquqşünas heyətinə malik olan VLM öz müştərilərini Azərbaycan Respublikasının bütün
məhkəmə instansiyalarında təmsil edir, onlara məsləhətlər verir və mübahisələrin sülh yolu ilə həll
olunması məqsədi ilə aparılan danışıqlarda müştərilərə yardım göstərir.
VLM öz müştərilərinə risklərdən və mümkün hüquqi mübahisələrdən hər vəchlə yayınmaq üçün yardım
göstərir. Müştərilərə göstərilən məsləhət xidmətlərinin və mübahisələrin həlli zamanı VLM müştərilərə
öz kommersiya məqsədlərinə nail olmaqda kömək etmək, eləcə də optimal prosedur taktikaları və ya
yaradıcı yanaşmalar tətbiq etməklə hər bir iş üzrə hüquqi, kommersiya, tənzimləyici və nüfuz risklərini
fərdi qaydada qiymətləndirir.
Tam hüquqi autsorsinq
Bir çox müəssisələr biznes mühitində öz rəqabət qabiliyyətini qoruyub saxlamaq məqsədi ilə xərclərini
azaltmağa və əsas məqsədlərinə daha çox vaxt ayırmağa üstünlük verirlər. Buna görə də autsorsinq əksər
müəssisələrin öz biznesini genişləndirmək məqsədi ilə həyata keçirdiyi ən birinci, bir çox hallarda isə
başlıca tədbirdir.
VLM, heyətində hüquqşünas olan və olmayan müştərilər üçün gündəlik, yaxud səciyyəvi hüquqi
məsələlərini həll edir, müxtəlif hüquqi layihələri həyata keçirir.
Müəssisəmiz, biznes sahəsində lazımınca ixtisaslaşmış hüquqşünaslarının köməyi ilə müştərilərin hüquqi
tələbatlarının yerinə yetirilməsi üçün innovativ yanaşmalar təklif edir, belə ki hüquqşünaslarımız öz güclü
təcrübəsindən və yüksək bacarığından istifadə edərək müştərinin biznesinin hüquqi aspektlərini analiz
edirlər. Autsorsinq xidmətlərinə (i) müqavilələrin tərtib olunması və müzakirə edilməsi, (ii) əqli mülkiyyət
məsələlərinin idarə olunması, (iii) tənzimləyici işlər, (iv) əlverişli şərtlərlə əmək və insan resursları
məsələləri daxildir.
Autsorsinq xidmətləri vasitəsi ilə VLM-in hüquqşünasları Sizin biznes modelinizlə tanış olub, təşkilati
tələblərinizi müəyyən edərək Sizin heyətinizin etibarlı üzvünə çevrilir.
Mühasibatlıq və Vergi xidmətləri
Biznesin idarə edilməsində vergi məsələlərinə nəzarət və mühasibatlıq mühüm rol oynayır. Belə nəzarət
və düzgün mühasibatlıq zamanı gəlir və xərcləri izləmək və onların qanuna uyğunluqlarını təmin etmək,
investorlara, idarəedicilərə biznes qərarlarının qəbul edilməsi habelə dövlət orqanlarına məlumatın
düzgün çatdırılması baxımından mühümdür. VLM komandası tərəfindən göstərilən mühasibat və vergi
xidmətləri şirkətlərin yuxarıdakı ehtiyaclarını ödəyir və onların bizneslerini idarə etmək və gələcəyi
planlaşdırması üçün imkan yaradır.
VLM-in təklif etdiyi mühasibatlıq və vergi qanunvericiliyinin yerinə yetirilməsi xidmətlərinə daxildir:
-
Vergi uçotunun idarə edilməsi;
-
Hesablaşmaların sənədləşməsi;
-
Pul köçürmələrinin icrası;
-
Əmək haqqı prosesləri;
-
Vergi məsləhətləri;
-
Vergi hesabatları və ƏDV bəyannamələri;
-
Vergi yoxlamaları zamanı müştəriyə dəstək.
Əqli Mülkiyyət
Bizim heyətimiz əqli mülkiyyət hüququnun bütün aspektləri ilə əlaqədar yerli və beynəlxalq səviyyədə
müştərilərə məsləhətlər verir. VLM əqli mülkiyyət hüququ sahəsində aşağıdakı xidmətləri həyata keçirir:
-
Əqli mülkiyyət obyektlərinin hüquqi qeydiyyatı;
-
Qeydiyyatdan keçmiş obyektlərin qeydiyyat müddətinin uzadılması;
-
Əqli mülkiyyət hüququ ilə bağlı əməliyyatlar, əqli mülkiyyət obyektlərinin alğı-satqısı, girovu,
ötürülməsi və vərəsəliyi, müəllif hüquqlarının ötürülməsi üçün hüquqi dəstək;
-
Əqli mülkiyyətin müdafiəsi məsələləri üzrə müştərilərin təmsil edilməsi;
-
Əqli mülkiyyətin qiymətləndirilməsi, lisenziyalaşdırma, əqli müllkiyyət hüquqlarından qanunsuz
istifadə, pirat və kontrafakt məhsullarla mübarizədə məsləhətlərin verilməsi.
İstehlak Bazarları
VLM dünyanın bir çox tanınmış markaları, məşhur brendlər və avtomobil istehsalçıları, qida və istehlak
malları istehsalçıları, eləcə də topdan və pərakəndə satıcıları ilə çalışır və onlara istehlak, pərakəndə
satış, avtomobil, istirahət və digər sahələr ilə əlaqədar məsləhətlər verir.
Hüquqşünaslarımız geniş miqyaslı təcrübələri əsasında antiinhisar, haqsız rəqabət, vergi, korporativ və s.
daxil olmaqla bütün hüquq sahələrində müştərilərə effektiv hüquqi həllər təklif edirlər.
VLM Sizə (i) Antiinhisar Dövlət Komitəsinin yoxlama və araşdırmaları zamanı məsləhətlərin verilməsi; (ii)
haqsız rəqabət, rəqabətə qarşı müqavilələr və üstün mövqedən sui-istifadə ilə bağlı hüquqi yardımın
göstərilməsi; (iii) rəqabətlə əlaqəli mübahisələrin məhkəmə yolu ilə həlli; (iv) müqavilələrin, malların
etiketlənmə və istifadə qaydalarının, müəssisədaxili qaydaların və digər sənədlərin rəqabət
qanunvericiliyinə uyğunluğunun təhlil edilməsi; (v) müəssisələrin rəqabət qaydalarına və qanunvericiliyə
uyğunluğunun yoxlanılması, daxili sənədlərin hazırlanması və daxili uyğunluq prosedurlarının həyata
keçirilməsi; (vi) təbii inhisarlar və tarif tənzimlənməsi; (vii) dövlət satınalmaları; (viii) məhsulun
distributorluğu və istehsalı sahəsində rəqabət aspektləri ilə bağlı hüquqi yardım etməyə hazırdır.
Hüquqi tənzimləmələr
İstər maliyyə, istər antiinhisar, istərsə də digər tənzimləyici orqan olsun, biz müştərilərimizə tənzimləyici
orqanların araşdırma və tələblərinin bütün aspektlərini əhatə edən tam xidmət təklif edirik. Biz sizə daxili
siyasətinizi qurmaqda, qorumaqda idarə etməkdə və tənzimləyici tələblərə əməl etməkdə kömək edə bilərik.
Bizim haqqında istintaq araşdırması gedən müəssisələrə bilavasitə yardım göstərmək təcrübəmiz vardır.
Biz müştərilərimiz üçün optimal nəticə əldə etmək üçün tənzimləyici orqanlarla danışıqlar aparmağı bacarırıq.
Biz Sizin sektorunuzdakı hər hansı müvafiq tənzimləmə inkişafından xəbərdar olmaq üçün Sizinlə sıx
əməkdaşlıq edirik. Biz həmçinin işçilərin tənzimləyici riskləri tam başa düşməsini və bu çərçivədə
kommersiya qərarları qəbul etməsini təmin etmək üçün xüsusi təlimlər keçiririk.