Search
  • Vugar Mammadov

“Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maliyyə dayanıqlığının gücləndirilməsinə dair Layihə”

16 may 2022-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və “VLM And Partners” hüquq şirkəti tərəfindən birgə icra olunan “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maliyyə dayanıqlığının gücləndirilməsinə dair Layihə” çərçivəsində təşkil olunacaq silsilə təlimlərin açılış mərasimi keçirilmişdir.


Tədbiri giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev və “VLM and Partners” hüquq şirkətinin direktoru Vüqar Məmmədov açmışdırlar. Daha sonra, Layihənin rəhbəri Selcan Ağasərkari iştirakçılara Layihə haqqında ətraflı məlumat vermiş və Layihə çərcivəsində keçiriləcək təlimlərə start verildiyini elan etmişdir.


Tədbirin sonunda Qalib Nəbiyev Vüqar Məmmədova Mərkəz adından xüsusi hədiyyə təqdim etmiş və hər ikisi Qəbələ TV-yə müsahibə vermişdir.








4 views0 comments