


VLM AND PARTNERS
VLM AND PARTNERS (“VLM”) hüququn müxtəlif sahələrində peşəkarlaşmış hüquq firmasıdır. Müştərilərimiz son dərəcə istedadlı hüquqşünaslarımızla işləyərək diqqətəlayiq nəticələr əldə edirlər.
Bizim hüquqşünaslarımız və məsləhətçilərimiz dünyanın tanınmış aparıcı universitetlərinin məzunlarıdır – onlar öz işlərini beynəlxalq konsultasiya şirkətlərindəki fəaliyyətlərindən və xarici təcrübədən irəli gələn dərin bilik və təcrübələrinə əsaslanaraq həyata keçirirlər. Bizim niyyətimiz qabaqcıl beynəlxalq hüquq şirkətlərinin rəhbər tutduğu standartlara, keyfiyyət prinsiplərinə və etik qaydalara əsaslanan peşəkar fəaliyyət göstərməkdir. Bizim komandamız ingilis, rus, türk, alman, fransız, italyan və Azərbaycan dillərində sərbəst danışır.
VLM biznesin yenidən təşkili və islahatlar, korporativ hüquq, müqavilələr, ticarət, məhkəmə prosesləri, bank və maliyyə, layihələrin maliyyələşdirilməsi, dövlət-özəl sektor əməkdaşlığı, enerji, vergi və məşğulluq məsələləri sahəsində ixtisaslaşmış peşəkar şirkətdir. VLM-in hüquqşünasları geniş çeşidli biznes sahələrində (enerji və təbii ehtiyatlar, kapital bazarı, texnologiya, istehsalat, inşaat, pərakəndə ticarət, əczaçılıq və s.) fəaliyyət göstərən qabaqcıl yerli və beynəlxalq şirkətlərə yüksək profilli məsələlər və çoxsaylı mürəkkəb sövdələşmələrlə bağlı uğurlu məsləhət xidmətləri göstərir.
Xidmətlərimizin keyfiyyətinin təminatı ilə yanaşı, biz müştərilərimizə göstərilən xidmətlərlə əlaqədar peşəkar fəaliyyət sığortası da təqdim edirik.
HAQQIMIZDA
KOMANDA
SAHƏLƏR
VLM Times
XİDMƏTLƏR
ƏLAQƏ
Mükafatlar, Tərəfdaşlıqlar və Üzvlüklər

VLM and Partners hüquqşünas və hüquq firmalarının qlobal olaraq maliyyə və korporativ
hüquq sahəsində işlərini qiymətləndirən IFLR1000 tərəfindən nüfuzlu hüquq firmalarının reytinq
siyahısına qəbul edilmişdir.
Vüqar Məmmədov IFLR1000 tərəfindən nüfuzlu peşəkar kimi qəbul edilmişdir.
IFLR1000

VLM and Partners hüquq şirkətlərinin araşdırma, sıralama və nəşrinə dair ən tanınmış
beynəlxalq mərkəz olan The Legal500 tərəfindən tanınmışdır.
Legal500

VLM and Partners aparıcı Çex hüquq firmaları -
Hájek Legal və Chamrád Legal ilə beynəlxalq mübahisələrin həlli xidmətləri və peşəkar hüquq
xidmətlərinin göstərilməsinə başlamışdır.
Avropanın aparıcı hüquqşünasları ilə birgə xidmətlər

AmCham
VLM Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) üzvüdür.

VLM qabaqcıl texnologiyaya əsaslanan İnsan Resursları xidmətləri göstərən Kanada
şirkəti Morneau Shepell ilə əmakdaşlıq edir.
Beynəlxalq Əməkdaşlıq

Vüqar Məmmədov 2022-ci ilin fevral ayında Şençjen Beynəlxalq Arbitraj
Məhkəməsinin (SCIA) arbitri təyin edilib.
Beynəlxalq Arbitraj

Müştərilərin bizim haqqımızda nə dediyini görmək üçün keçid edin.
Müştərilər nə
düşünür?

AIEN Üzvlüyü:
Vüqar Məmmədov Beynəlxalq Enerji Müzakirəçiləri Assosiasiyasının üzvüdür.

AFchamber
VLM Azərbaycandakı Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) üzvüdür.

Global Law Experts
Hyatt Beynəlxalq Mərkəzi, Hyatt Tower 2, 6-cı mərtəbə, 8 İzmir küçəsi, AZ 1065, Bakı, Azərbaycan